Xəbər lenti


 

“ABŞ-da Ukraynaya daha az hərbi dəstək verilməsini istəyənlərin sayı 5% azalıb. Bunun səbəbi ABŞ vətəndaşlarında müəyyən tərəddüdlərin yaranması ilə əlaqədardır. Tərəddüdlər amerikalılarının xəsisliyindən irəli gəlmir. Ukraynanın özündə baş verənlər bu tərəddüdün yaranmasına yol açırlar”.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-da fəaliyyət göstərən WEST SUPPORT beynəlxalq insan haqları agentliyinin İdarə Heyətinin üzvü, hüquqşünas Yuri Vanetik qələmə aldığı bir məqaləsində yazıb.

 

 

Onun fikrincə, amerikalılar Ukraynadakı müharibə pulu ilə qaz vurub qazanan dolduran rüşvətxor hərbi komissarlıqlar, deputatlar, oğru-oliqarxlar, qaçaq iş adamları barədə tez-tez eşidirlər. Beləcə, ABŞ-da hökumətindən Ukraynaya yardımı azaltmağı tələb edənlərin də sayı artır. 

 

“Etiraf edirəm ki, bu, manipulyasiya ola bilər. Ancaq belə məlumatların yayılması ictimaiyyətin hökumət qarşısında aşağıdakı tələblərin yaranmasına da yol açır: 

  1. "Biz müharibəni daha nə qədər maliyyələşdirə bilərik?"; 
  2. "Hökumət Amerika haqqında daha çox düşünməlidir və onu birbaşa ABŞ-la əlaqəsi olmayan münaqişələrə tökməməlidir",
  3. "Hansısa yolla danışıqlar aparmaq və onun yolunu tapmaq lazımdır””.

 

Vanetik bildirib ki, ABŞ-da insanların əksəriyyəti – həm demokratlar, həm də respublikaçılar hesab edirlər ki, Rusiya Federasiyası Ukraynanın 1991-ci ildə tanınmış sərhədlərinin qaytarılmasına razı olmayacaq: “ABŞ başa düşür ki, Rusiya Federasiyası Ukraynanın müəyyən ərazilərinin Rusiyanın tərkibində qalmasında israr edəcək. Bu, həm xalq, həm də siyasətçilər arasında səslənən fikirdir”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 433          Tarix: 18-08-2023, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma