Xəbər lenti

Ermənistandan Naxçıvana qeyri-qanuni şəkildə keçən iki Hindistan vətəndaşı həbs edilib.


Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin 15 aprel tarixində baş verib. Hindistan vətəndaşı olan 1981-ci il təvəllüdlü S.M və R.M bu ilin aprel ayında Avropaya getmək məqsədilə İrəvana gedib.


Orada onları Radja adlı Hindistan vətəndaşı aldadaraq Azərbaycanla sərhədə gətirib. Bələdçinin köməkliyi ilə həmin şəxslər Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi istiqamətindən Azərbaycana göndərilib.


Sədərəyə gələn Hindistan vətəndaşlarının park ərazisində özlərini şübhəli aparmasını görən polis əməkdaşları onları saxlayıb. Məlum olub ki, onlar qeyri-qanuni şəkildə sərhədi pozaraq Ermənistandan Azərbaycana keçiblər. Hər iki şəxs barəsində Azərbaycan CM-nin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanılıb.


Sədərək Rayon Məhkəməsinin hökmü ilə S.M 2 il 6 ay, R.M isə 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.




Ana səhifəyə qayıt        Baxış: 4 792          Tarix: 27-09-2023, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma