Xəbər lenti


Ermənistanın nüfuzlu “Hraparak” nəşri xəbər verir ki, Qarabağdakı erməni separatçılarının “keçmiş prezidenti” Samvel Şahramanyan da saxlanılıb. 

 

Nəşr xatırladıb ki, Şahramanyan cəmi 10 prezident olub və rəsmi Bakının tələblərini yerinə yetirərək qondarma "Artsax" respublikasını ləğv edib.

 

Nəşrin digər iddiasına görə, Qarabağ cinayətlərinin əsas törədicisi Vitali Balasanyan və "Artsax Silahlı Qüvvələrinin komandanı general" Kamo Vardanyan hələ də Xankəndindədir və "onların taleyi sabah, yəni bu gün həll olunacaq".

 

Ovqat.com xüsusi olaraq vurğulayır ki, bu iddialar Azərbaycanın müvafiq orqanları tərəfindən təsdiqlənməyib və dezinformasiya da ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 5 334          Tarix: 4-10-2023, 04:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma