Xəbər lenti


İrəvanda dünən erməni faşistlərinin hücumuna məruz qalan Qlobal Yəhudi Mərkəzində törədilən təxribatın məsuliyyətini “Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu – Gənclər Qrupu” adlı təşkilat öz üzərində götürüb.

 

Ovqat.com-un məlumatına görə, təşkilat bununla bağlı bəyanat yayımlayıb.

 

“ASALA”nın Gənclər Təşkilatının Telegram səhifəsində yayımlanan  bəyanatda yəhudilər ermənilərin düşməni olduğu bildirilir və Azərbaycanı dəstəkləməyə son qoymasalar bütün dünya üzrə onlara qarşı müharibə  elan olunur: 

 

“İrəvandakı qlobal yəhudi mərkəzinə qarşı uğurlu hədə-qorxu əməliyyatı haqqında bəyanat

 

Biz, erməni millətinin azadlığı uğrunda əsl döyüşçülərin gənc davamçıları, 2023-cü il oktyabrın 3-də səhər saatlarında İrəvandakı qlobal yəhudi mərkəzinə (Nar-Dos küçəsi 23) qarşı baş vermiş hədə-qorxu əməliyyatı haqqında məlumat verməkdən qürur duyuruq.

 

Yəhudilər erməni xalqının düşmənləri, türk cinayətlərinin və Ermənistan Respublikasına və Artsaxa qarşı Əliyev rejiminin ortaqları, 100 mindən çox artsaxlının erməni dədə-baba torpaqlarından zorla deportasiya edilməsinin ortaqlarıdır”.

 

Yəhudi dövlətinin Əliyev hakimiyyətini silahla təmin etdiyi, Amerika və Avropa yəhudilərinin isə onu fəal şəkildə dəstəklədiyi vurğulanan bəyanatda bildirilir ki, Türkiyə, Əliyev rejimi və yəhudilər Ermənistan dövlətinin və erməni xalqının baş düşmənləridir.

 

“Bu, xəbərdarlıqdır: oktyabrın 3-də İrəvanda uğurlu əməliyyatımız sadəcə başlanğıcdır. Bu, bizim ciddi öhdəliyimizin sadəcə bəyanıdır. Əgər ABŞ və Avropadakı yəhudi ravvinlər Əliyev rejimini dəstəkləməyə davam edərlərsə, biz başqa ölkələrdə onların sinaqoqlarını yandırmağa davam edəcəyik. Hər bir ravvin nəzərimizdə olacaq.

 

Bu xəbərdarlıqdır: əgər yəhudi hökuməti Artsax, Naxçıvan və Sünikə qarşı Əliyev rejimini silahlandırmaq və dəstəkləməkdə davam edərsə, biz Avropada, Amerikada, Kanadada, Gürcüstanda israilli yəhudilərə qarşı müharibə aparacağıq. Heç bir israilli yəhudi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək.

 

1973-cü ildə “erməni xalqının türklərə qarşı müharibəsi” elan edən, 1915-ci ildə törədilən Erməni Soyqırımı zamanı günahsız ermənilərin tökülən qanının qisasını almaq üçün türk konsulu və onun müavinini sıradan çıxaran Qurgen Yanikyanın yolu ilə gedəcəyik.

Biz Türkiyə-Azərbaycan-İsrail düşmən ittifaqının Ermənistan Respublikası və Artsaxa qarşı cinayətlərinə son qoyacağıq.

 

Qələbə bizim olacaq!

 

3 oktyabr 2023-cü il.

 

Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu – Gənclər Qrupu”




Ana səhifəyə qayıt        Baxış: 5 232          Tarix: 4-10-2023, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma