"Qəzza zolağındakı “Şəfa” xəstəxanasında vəziyyət çox ağırdır. Xəstə ölümlərində fəlakətli artım var. Təəssüf ki, o, artıq xəstəxana funksiyasını yerinə yetirə bilməz".
Ovqat.com-un məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X” səhifəsindəkı paylaşımında bu barədə bildirib.
ÜST-nin “Şəfa” xəstəxanasında çalışan səhiyyə işçiləri ilə əlaqəni bərpa etməyi bacardığını ifadə edən Qebreyesus sağlıq ocağında elektrik və suyun olmadığı, internetin çox zəif çəkdiyini bildirib. O, mövcud vəziyyətin xəstəxananın xidmət göstərilməsinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.
Qebreyesusun iddiasına görə, bölgədə davamlı atəş və partlayışlar baş verir ki, bu da onsuz da kritik olan vəziyyəti daha da pisləşdirir.
Təhlükəsiz zona olmalı olan xəstəxananın ölüm, dağıntı və ümidsizliyin yaşandığı bölgələrə çevrildiyi bir vaxtda dünyanın səssiz qala bilməyəcəyini bildirən Qebreyesus tərəfləri "dərhal atəşkəs"ə çağırıb.
Paylaş: