Xəbər lenti


Çeçenistan Respublikasında bütün musiqi, vokal və xoreoqrafik əsərlərin dəqiqədə 80-116 vuruş tempinə uyğun olması barədə qərar qəbul edib. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyinin yaydığı press-relizdə bildirilir.

 

“Bu gün Musa Dadayevin rəhbərliyi altında Çeçenistan Respublikasının yaradıcı dövlət və bələdiyyə qruplarının rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib, o, Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovla razılaşdırılmış yekun qərarı açıqlayıb. Bildirilib ki, bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər olan tempə uyğun olmalıdır”, - press-relizdə vurğulanır.

 

Şəkildə: Musa Dadayev

Rəsmi açıqlamada həmçinin qeyd olunur ki, Çeçenistan Respublikası rəhbərinin tapşırığı ilə nazirlik çeçen musiqi, vokal və xoreoqrafik əsərlərinin çeçen mentalitetinə və ifa olunan əsərlərin musiqi ritminə uyğunluğu məsələsi ilə bağlı böyük həcmdə iş aparır. 

 

Çeçenlərin musiqi mədəniyyəti temp və metodologiya baxımından müxtəlifdir. Biz xalqa və övladlarımızın gələcəyinə çeçen xalqının mədəni irsini: adət-ənənələrini, mərasim və mədəni irsimizi, noxçallamızı - bütün mənəvi, əxlaqi, etik həyat standartlarını əhatə edən çeçen xarakterinin xüsusiyyətlərini çatdırmalıyıq”, – rəsmi açıqlamada bildirilib.

 

Musiqişünaslar Çeçenistan rəhbərliyinin qəbul etdiyi bu qərara təəccübləniblər. Məsələ burasındadır ki, əksər musiqi janrları dəqiqədə 80-116 vuruş intervalına düşmür: trans tempi dəqiqədə 130-160 vuruş, texno - 120-150 vuruş, samba - 50-52 vuruş, rumba - 25-27 vuruş, vals - 28-30 vuruş aralığındadır.

 

Bundan əlavə, Rusiyanın dövlət himni belə, nazirliyin müəyyənləşdirdiyi səs tempi aralığına sığmır. Himn barədə rəsmi açıqlamaya görə, “o, üç misradan ibarətdir, 2/4 və ya 4/4 zaman işarələri ilə, C major açarında, dəqiqədə 76 vuruş tempi ilə ifa olunur”. Çeçenistanın rəsmi musiqi standarlarına uymayan musiqi əsərlərindən biri də Lev Leşçenkonun "Qələbə Günü" marşıdır. Marşın səs tempi dəqiqədə 126 vuruş ölçüsündədir. Belə çıxır ki, Çeçenistanda əksər musiqilər kimi Rusiyanın dövlət himninin və “Qələbə günü” marşının çalınması da qadağan olunub. Görünür, artıq Ramzan Kadırov da Rusiyanın qələbəsinə və dövlət kimi varlığını qoruyacağına inamını itirib. O səbəbdən də “haray bu başda” yolunu tutub indidən rus himn və marşlarıdan yaxa qurtarmağa çalışır.




Ana səhifəyə qayıt        Baxış: 7 812          Tarix: 6-04-2024, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma