
“Joqorku Keneş”in (Qırğız parlamenti) spikeri Nurlanbek Şakiyev vətəndaşları övladlarına qırğız adları qoymağa, dövlət qurumlarını isə rus və ingilis dillərində cizgi filmlərinə qadağan etməyə çağırıb.
Ovqat.com-un məlumatına görə, Nurlanbek Şakiyev bu təklifini Qırğız parlamentinin “Halal sənaye haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
“Halal yox, adal”, - deyə qanun layihəsinin adına iradını bildirən spiker xatırladıb ki, qırğız dilində bir çox milli sözlər ola-ola nədənsə vətəndaşlar onun ərəb, rus, ingilis və başqa əcnəbi dillərdən alınan sinonimlərinə üstünlük verirlər.
O, deputatları qırğız dilində danışmağa çağırıb.
“Uşaqlara ad verəndə belə, daha çox ərəb adlarından istifadə edirsiniz. Çox gözəl qırğız adlarımız var: Bakıt, Taalai, Elmurza, Ulukbek, Balbak, Çolpon, Jıldız, Nurbek, Akılbek kimi. Buna lazımi diqqət yetirməyə dəyər. Əks halda nəinki dilimiz yox olar, biz qırğız adlarını da itirə bilərik”, - deyə spiker vurğulayıb.
Şakiyev qeyd edib ki, regionlarda yenicə dil açmağa başlayan uşaqlar rus dilində qırıldadırlar. “Çünki uşaqların telefonlarında baxdıqları bütün cizgi filmləri rus dilindədir, qırğız dilində cizgi filmləri yoxdur. Rus və ingilis dillərində olan cizgi filmlərini bloklamaq lazımdır. Əgər biz bu gün dilimizi qorumaq üçün işə başlamasaq, sabah dilimiz yox olacaq”, - deyə o, qırğız xalqına müraciət edib.
.
Paylaş: