Xəbər lenti


“Ukraynaya uzunmüddətli yardım lazımdır, çünki müharibə uzun müddət davam edəcək”.

 

Ovqat.com-un məlumatına görə, NATO-nun Baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında belə deyib.

 

O hesab edir ki, iyulda Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci yubiley sammitində NATO liderləri Ukraynaya bu cür yardımın maliyyələşdirilməsi planını dəstəkləməlidirlər.

 

Stoltenberq yardımın olmamasının və ya gecikmələrin Ukraynadakı döyüş meydanında pis nəticələrə səbəb olduğunu xatırladıb.

 

"Vaşinqtonda keçiriləcək sammitdə bizim ən yaxın prioritetimiz Ukraynaya dəstəyi gücləndirmək olacaq. Biz proqnozlaşdırıla bilənliyi və hesabatlılığı təmin etməliyik. Ümid edirəm ki, müttəfiqlər Ukrayna qoşunlarının təlimində koordinasiya və uzunmüddətli maliyyə öhdəlikləri barədə razılığa gələcəklər," – deyə Stoltenberq vurğulayıb.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda NATO-nun 9-11 iyulda keçiriləcək sammitində uzunmüddətli perspektivdə əsas diqqətin Ukraynaya yönələcəyini bildirmişdi. Blinkenin demişdi ki, müttəfiqlər Ukrayna Silahlı Qüvvələrinin rusları dayandırmaq üçün tələb olunan hər şeyə malik olduğunu bilməlidirlər.

 

 

NATO-nun iyul sammitində Ukrayna ilə birbaşa bağlı olan üç əsas məsələyə diqqət yetiriləcəyi gözlənilir. Ölkənin Alyansa yaxınlaşması, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi, Polşada Ukrayna və NATO arasında birgə mərkəzin yaradılması kimi məsələlərin əsas müzakirə mövzusu olacağı təxmin edilir. Həmçinin bu tədbir zamanı müttəfiqlərin Ukraynaya hər il 40 milyard avro məbləğində yardım göstərməklə bağlı razılıq əldə edə biləcəklərinə dair gözlənti də var.

 




Ana səhifəyə qayıt        Baxış: 4 982          Tarix: 25-06-2024, 04:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma