Xəbər lenti
 
“Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir və publik hüquqi şəxsdə əmək müqaviləsi əsasında çalışırlar”.
Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. O bildirib ki, vakant vəzifələri qanunvericiliyə uyğun olaraq bütün dövlət orqanları DİM-ə təqdim edirlər: “Biz onları emal edirik və müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki bir vakant vəzifəni elan etmək kifayət etmir. Bütün vakant vəzifələrin tutulması şərtləri göstərilməlidir. Namizədlərin xüsusi bilik və bacarıqlarına dair tələblər göstərilməlidir. Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar seçim aparanda tam aydın şəkildə görsünlər ki, nə işlə məşğul olacaqlar və hansı tələblər qoyulur”.



Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 21-04-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma