Xəbər lenti

 

"ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!"

Ovqat.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli özünün facebook səhifəsində paylaşıb.

O, Qafqazinfo.az-ın dünyaca məşhur alimin harda dəfn olunacağı ilə bağlı suallarını cavablandırarkən bildirmişdi:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

 

P.S. Azərbaycan dilinin izahlı lüğəti:

qələt : is. [ər.] Səhv, yanlış, xata, yanılma.Qələt söyləmək. Qələt yazmaq. – Aqardaş, bircə qulaq as, gör nə deyirəm, sən qaçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə.Xub, günahımızdan keç, bir qələtdi elədik, bundan sonra təklifimizi bilərik.C.Məmmədquluzadə. [Turac:] Mənim qələtim çıxmadı? C.Cabbarlı. _ Qələt eləmə!dan. – xəbərdarlıq, hədə, saqındırma bildirir.Dadaşım ikiəlli yapışardı qulaqlarımdan, qovzardı göyə .. və deyərdi: “Di get,bir də belə qələt eləmə!” C.Məmmədquluzadə.Qələt eləmək dan. – tövbə etmək, birdaha etməyəcəyinə söz vermək. [Tarverdi:]Vay, aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə olsun,tövbə, tövbə! M.F.Axundzadə. Nə qələt eləyirsən? dan. – sənin nə ixtiyarın var,sənin heç bir sözün ola bilməz, sən nəçisən.[Həmzə:] Vaxta ki, mən və anan razıyıq, sən[Səriyyə] nə qələt eləyirsən? C.Cabbarlı. 




Ana səhifəyə qayıt        Baxış: 1 844          Tarix: 8-09-2017, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma