Xəbər lenti

 

Şəki Apellyasiya məhkəməsi Müsavat Partiyasının Şəki Şəhər İcra Hakimiyyətinə qarşı şikayətini təmin etmədi. İnzibati iqtisad Məhkəməsinin qərardadını qüvvədə saxladı.

Bu məlumatı Müsavat başqanının müavini Elman Fəttah özünün feysbuk səhifəsində məlumat paylaşıb.

Bundan əvvəl Şəki inzibati iqtisad Məhkəməsi Müsavat Partiyasının Şəki şəhər İcra Hakimiyyətinə qarşı M.F. Axundovla bağlı tədbirin keçirilməsinə imkan verməməsi ilə bağlı şikayətini təmin etməyib.

Xatırladaq ki, Müsavat Partiyası Şəki şəhər təşkilatının Mirzə Fətəli Axundovla bağlı keçirmək istədiyi tədbirə Şəki Şəhər İcra Hakimiyyəti maneçilik törədib. Bununla əlaqədar Müsavat Partiyasının Şəki şəhər təşkilatı Şəki Şəhər İcra hakimiyyətini məhkəməyə verib.\Bastainfo.com\




Ana səhifəyə qayıt        Baxış: 1 051          Tarix: 5-05-2017, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma