 
Xəbər lenti
		Bu gün, 15:26
	
	
	
		Bu gün, 12:58
	
	
	
		Bu gün, 11:16
	
	
	
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	
		Dünən, 10:30
	
	
	
		29-10-2025, 23:39
	
	
	
		29-10-2025, 22:30
	
	
	
		29-10-2025, 21:39
	
	
	
 
 "Mütəllibovun dövründə mənə 6 güllə dəyib. Elçibəyin dövründə 7 ay həbsdə yatmışam. İndi deyirlər ki, ölkədən qaçmışam?! Qorxaq adamları sevmirəm. Heç nədən də qorxan adam deyiləm”.
Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
Qalib Salahzadə son zamanlar mətbuata verdiyi açıqlamalarla bağlı da danışıb: "Bu günlərdə məni Kəbəyə qonaq çağırıblar. Müəyyən səbəblərə görə gedə bilmirəm. Oğlumun həbs məsələsinə başım qarışıb. Bu aralar çıxıb getsəm, deyəcəklər ki, ölkədən qaçıb. Son hadisələrdən çıxış edərək deyə bilərəm ki, şeyxlə dostluğumuz uzun illərə gedib çıxır. Şeyxlə quda olmazdan öncə, möhkəm dost idik. Ona görə də şeyxlə ciddi  problemim yoxdur. Haqqımda ürəkləri istəyəni danışanlar görünür, ya bizim dostluğumuzdan xəbərsizdirlər,  ya da bilərəkdən danışırlar. Mənim şeyxlə nə problemim ola bilər ki?! Heç vaxt şeyxlə münasibətim pis olmayıb və olmayacaq da”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Hacı Qalib Salahzadə şeyxin oğlu Məhəmməd Paşazadənin ölkəni tərk etməsi barədə mətbuata açıqlama vermişdi
		
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















