Xəbər lenti

 

Türkiyənin müxtəlif şəhərlərində PKK-nın finans qaynaqlarını qurutmaq məqsədilə genişmiqyaslı polis əməliyyatı başlayıb.

Ovqat.com xəbər verir ki, bu sabah tezdən başlayan əməliyyat haqqında qərar Mardin Respublika Prokurorluğu tərəfindən verilib.

55 nöqtədə aparılan əməliyyat çərçivəsində 1 milyon qutu qaçaq siqaret ələ keçirilib.  Mardində 2, Nusaybində 4, Aydında 1, İstanbulda 2, Şirnaqda 12 nəfər saxlanılıb.

PKK terror təşkilatının əsas gəlir qaynaqlarından biri qaçaq siqaret ticarətidir. Xüsusilə İraqdan Türkiyəyə qeyri-qanuni yolla keçirilən siqaretlərdən hər il milyonlarla dollar pul PKK-nın kassasına daxil olur.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 145          Tarix: 2-05-2017, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma