Xəbər lenti

 “Show production”nın təşkilatçılığı ilə “İlin favoriti” mükafatının təqdimetmə mərasimi baş tutub.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, mükafatçılar müxtəlif sahələri əhatə edib. Onlar arasında xalq artisti Flora Kərimova, əməkdar artist Səlim Abbasov, bəstəkar Sevinc Tofiqqızı, müğənnilər Rahidə Baxışova, Rövşən Əziz, Niyam Salami, Nəcəf Nəcəfquluzadə, aparıcılar Vüsalə Kərimova, Humay Muxtarova, təşkilatçı Aqil Məmiyev, aktrisalar Nərgiz Əliyeva, Şəhanə Yusifova, Səbinə Paşayeva, modellər, jurnalistlər və s. olub.

Qeyd edək ki, "İlin favoriti" mükafatı hər il "Show production"ın təşkilatçılığı ilə təqdim olunur. Bu il də ənənəyə sadiq qalaraq təqdimetmə mərasimi təşkil olunub. Məqsəd 2016-cı ildə həyata keçirdiyi layihələr ilə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları, aktrisaları, modelleri, rejissorları, prodüserləri, stilistləri, KİV nümayəndələrini, iş adamlarını, biznes qurumlarını və digərlərini mükafatlandırmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 5-05-2017, 00:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma