Xəbər lenti

 

"Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl sürüşmə zonasındakı evlərlə bağlı araşdırma aparılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib".

Bunu "Report"a açıqlamasında RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, hazırda prokurorluq əməkdaşları araşdırma aparır: "Araşdırmanın məqsədi sürüşmə zonasında tikilən evlərin tikintisinə icazə verənləri müəyyənləşdirməkdir".

Qeyd edək ki, Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvünü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır.




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 21-02-2018, 22:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma