Bu ilin əvvəlindən, Finlandiya təcrübəsinə əsaslanaraq, Moskva şəhərində doğulan hər körpəyə dəyəri orta hesabla 15 min rubl (250 dollar) təşkil edən hədiyyə dəsti bağışlayırlar. Dəstə 44 əşya və vasitə daxildir: uşaq bezləri, alt və üst geyim, qidalanma, bələmə və çimmə üçün aksessuarlar, pamperslər, əmziklər, oyuncaqlar, salfetlər, kremlər, talk və s.
Deyirəm, a millət, hər il təxminən 150 min körpə doğulan ölkəmizdə, olmasın 250 dollar, lap olsun 100 manat, büdcədən 15 milyon manat ayırmaq eləmi çətin işdir?! Bir-iki il ərzində dağılmağa məhkum olunmuş dılğır-dığır yolların çəkilməsi və “təmirinə” hər il 200-300 milyon manat ayrılır. Bu vəsaitin 3-5 faizini, ya da, tutalım, özəl klinikalar at oynatdığı vaxt səhiyyəyə ayrılan 740 milyon manatın 2 fazini körpələr üçün “cehizə” sərf etmək olmazmı?
Sosial dövlət deyilik, Nəsibə demişkən, bəgənəmlərinnən?
Əlikamal
Paylaş: