Xəbər lenti

 Ötən ilin noyabr ayında  Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzi Təhsil nazirinin müvafiq sərəncamı ilə ləğv edildi. Qısa müddətdən sonra Metodiki Mərkəzin bazası əsasında yeni qurum-Təlimə Dəstək Mərkəzi yaradıldı. TDM-ə imtahan yolu ilə yeni mütəxəssislər cəlb edildi. Təlimə Dəstək Mərkəzinin yeni təyin olunmuş rəhbəri Samirə Bəkdaşi qısa müddət ərzində işləri günün tələblərinə uyğun təşkil edib, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
Ovqat.com xəbər verir ki, yeni kollektiv artıq tez-tez təhsil müəssisələrində olur, müəllimlərlə görüşür, təhsil prosesində baş vermiş yeniliklərlə onları tanış edirlər.
Təlimə Dəstək Mərkəzi yeni qurumdur. Şübhəsiz problemləri də yox deyil. Amma yeni Mərkəzin təhsil sahəsində yeniliklərə imza atacağı artııq heç kimdə şübhə doğurmur.




Ana səhifəyə qayıt        Baxış: 2 305          Tarix: 12-05-2017, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma