Xəbər lenti

 

    Xəbər verdiyimiz kimi, paytaxtımızda fəaliyyət göstərən musiqi məkəblərinin bir qrup müəllimi qəzetimizə müraciət edib, hər ay maaşlarından 10 faizədək pul tutuldulduğundan şikayət emişdilər. Bu məsələni araşdırmaq üçün musiqi məktəblərinin tabe olduğu Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif sektorları ilə əlaqə saxlasaq da, onlardan heç bir cavab almamışdıq. Amma bu günlərdə Mədəniyyət və Turizm Nazirliyindən problemin həlli ilə bağlı sevindirici xəbət almışıq.

“Hürriyyət”-ə çatan məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi müəllimlərdən tutulan pulun qaytarılmasına qərar verib.

Mənbəmiz onu da qeyd edib ki artıq bu barədə musiqi müəllimləri də məlumatlandırılıb.

Biz də öz növbəmizdə mətbuatın qaldırdığı məsələyə biganə qalmadığı üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edir, musiqi müəllimlərini isə bu ədalətli qərar münasibətilə təbrik edirik.

    “Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 13-03-2018, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma