Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib.
Golden Bridge News xəbər verir ki, Prezidentin Azərbaycana və Ermənistana səfəri hələ keçən ilin oktyabrında planlaşdırılırdı. Lakin xəstəliklə əlaqədar səfər təxirə salınmışdı. Bu il isə o, Ermənistana getməyəcək.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci il dönümüdür.
Prezidentlərin görüşündə müzakirə olunacaq məsələlər elan olunmayıb. 4 rəsmi sənədin imzalanacağı elan edilib. Lakin onların məzmunu açıqlanmayıb.
Nursultan Nazarbayevin bu gecə Bakıda qalacağı ehtimal olunur.
Azərbaycanla Qazaxıstanı ortaq türk etno-kultural köklər, həmçinin siyasi və iqtisadi mövqelərinə əsaslanan dostluq münasibətləri birləşdirir.
İki ölkə arasında diplomatik münasibətlər hələ 27 avqust 1992-ci ildə qurulub. Qazaxıstanın Bakıdakı səfirliyi 1994-cü ilin dekabrında, Azərbaycanın Qazaxıstandakı səfirliyi isə 2004-cü ilin martında açılıb.
Siyasi münasibətlərin yüksək olmasına və iki ölkənin dəniz sərhəddinə malik olmasına baxmayaraq, iki ölkə arasındakı ticarət həcmi gözlənilən səviyyədə deyil.
2016-cı ilin yekunlarına görə Azərbaycanın Qazaxıstanın xarici ticarət dövriyyəsindəki payı 0.2% (136.8 milyon dollar) təşkil etmişdir. Bu 1 il əvvəlki göstəriciyə nisbətdə 8.3% yüksəkdir. Qazaxıstanın Azərbaycana ixrac etdiyi məhsulun dəyəri 106.5 milyon dollar, idxalın həcmi isə 30.3 milyon dollardır.
16 iyun 2008-ci ildə Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayevin imzaladıqları müqaviləyə əsasən Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə dünya bazarına çatdırılır.
Keçən ilin 7 dekabr tarixində Nəhəng Kaşaqan neft yatağının istifadəyə verilməsindən sonra Qazaxıstanın Xəzər dənizi və Azərbaycan üzərindən neft transferi məsələsi gündəmə gəlib.
Prezidentlər arasındakı danışıqların əsas mövzularından birinin də 1/4 əsrdən daha uzun müddətdir, davam edən Qarabağ problemi olacağı ehtimal olunur.
Ehtimal olunur ki, görüşdə Xəzər dənizinin hüquqi statusu barədə müzakirələrə də yer veriləcək. Xəzərin statusunun müəyyən olunmasının əhəmiyyəti ondadır ki, bu məsələ həll olunsa sualtı neft və qaz kəmərlərinin çəkilməsi və karbohidrat ehtiyatlarının Rusiya ərazisindən keçmədən qərbə çatdırılması mümkün olacaq. Bu məsələlər 20 ildən artıqdır ki, müzakirə mövzusudur, lakin Rusiya və İranın siyasi və iqtisadi maraqlarından dolayı qısa müddətdə həll olunacağı sual altındadır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar