Xəbər lenti

   

 Dörd il bundan öncə sazı əlinə alanda qolu sazın bu başından o başına çatmırdı. Dikinə tutanda isə saz ondan böyük görünürdü. İndi o vaxtdan dörd il ötüb, saz Əli ilə həmsöhbət olub. Dörd il öncə bir-birilərini  heç anlamırdılar. İndi saz  Əlinin ürəyindən keçənləri anındaca başa düşür, bütün ixtiyarını Əlinin barmaqlarına verir. 

  Əli Alıyev 2006-cı ildə Bakıda doğulub.Əslən Gürsüstan azərbaycanlılarındandır. Atası İlqar, babası Əli kişi Gürcüstanda doğulublar. Tale onları Bakıya gətirib çıxarıb. İndi Balaxanı qəsəbəsində yaşayırlar. Əli Balaxanı qəsəbəsindəki 4 nömrəli orta məktəbin 6-cı sinfində oxuyur. Əlaçıdır. Müəllimlərin sevimlisidir. Məktəbin bütün tədbirlərində yaxından iştirak edir. Hətta bəzən rayon səviyyəli tədbirlərə  belə dəvət alır.
 Onda saza-sözə sevgini  babası Əli kişi oyadıb, Əlini bu sahəyə məhz, o yönləndirib. İkinci sinifdə oxuyandan nəvəsinin əlindən tutub Əli kişi, onu usta yanına aparıb-gətirib, Hər nazıyla oynayıb nəvəsinin. Təki Əli sazın min bir dilini öyrənə bilsin. 
 İndi Əli 66 saz havasını ifa edə bilir. Ustadı Ramiz müəllim deyir ki, Əli mənim ən istedadlı şəyirdlərimdəndir. Səsi tez qavrayır,yaxşı yaddaşı var.səsi də həlim, ürəyəyatandı.Ən əsası o, çox abırlı uşaqdı. Bu,çox əsasdı.İnanıram ki, Əli gələcəkdə öz istedadı ilə üzdə olacaq.
  Günlər keçir,aylar ötür. Hər gün Əli üçün bir yenilik gətirir. Əli oxuyur, öyrənir.Onun körpə ürəyi arzularla doludu. Bu arzuların çiçək açmasında qoy,Uca Allah ona yardım etsin.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 29-05-2018, 22:07      


Paylaş: