Xəbər lenti

 

 

Öz adımdan danışıram; ruslarla gizli bir anlaşmam olmayıb. Bu iddialar ölkəni bölür,-deyə düşünürəm. Bu və buna bənzər bir çox şeydən dolayı ölkənin haçalandığını görürəm. Rusiya ilə aramızda gizli bir razılaşma yoxdur, inanın mənə”.

Ovqat.com xəbər verir ki, suçüstü yaxalanan uşaq özünümüdafiəsinə bənzəyən bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O, Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ Evdə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı jurnalistlərin sual yağmuruna tutulub. Qələm adamlarını ən çox maraqlandıran isə ABŞ-ın Ədliyyə Nazirliyinin Trampın Rusiya ilə əlaqələrini araşdıracaq xüsusi səlahiyyətli prokuror təyinatıyla bağlı olub.

Rusiyanın ABŞ seçkilərinə təsir etməsi yönündəki iddiaların istintaqını aparacaq yeni prokurorla bağlı sualları cavablandıran Tramp bu təyinata hörmətlə yanaşdığını bildirsə də, mövzunun bir cadugər ovu nağılından fərqlənmədiyini irəli sürüb.

Bir müddət əvvəl sabiq Federal Təhqiqat Bürosu (FBI) direktoru Ceyms Komini işdən qovması bu mətbuat konfransında da Trampın əsl baş ağrısına çevrilib. Nədən ki, ABŞ prezidenti həmin qərarını Ədliyə nazirinin ona yazdığı məktubla əsaslandırmışdı. İndisə həmin nazirliyin eyni missiyanı yerinə yetirən xüsusi səlahiyyətli prokuror təyin etməsi istər-istəməz beyinlərdə müəyyən şuallar yaradır-görəsən, Tramp FTB-nun direktorunu bu istintaqdan yayındırmaq üçünmü vəzifəsindən uzaqlaşdırıb? Elədirsə, bir müddət əvvəl Trampın “əlinə oynayan” Ədliyə Nazirliyi indi nə əcəb eyni missiyanı davam etdirən xüsusi səlahiyyətli prokuror təyin edir?

 Jurnalistlərdən birinin buna bənzər sualına cavab verməkdən yayınan ABŞ prezidenti deyib:

“Xeyr, xeyr. Bir sonrakı sual”.

Növbəti sual gələnə qədər isə üzünü başqa istiqamətə tutaraq, "donquldanıb":

“Bu, tamamilə gülünc iddiadır. Hər kəs də belə düşünür. Təkrar deyirəm, problemlərimizlə maraqlanmaq üçün ölkəmizi düzgün bir şəkildə idarə etməyə çalışmalıyıq. Bir çox problemimiz var”.




Ana səhifəyə qayıt        Baxış: 1 048          Tarix: 19-05-2017, 10:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma