Xəbər lenti

 “Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin, sonra Ermənistan öz güzəştləri barədə məlumat verə bilər".

 

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 
 

"Paşinyanın diqqətinə çatdırmaq istəyirik ki, torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır Ermənistanla danışıqları davam etdirməsi Azərbaycanın ən böyük güzəştidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün əvvəlcə işğal aradan qaldırılmalıdır və “status-kvo” dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik", - deyə H.Hacıyev qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 23-07-2018, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma