Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.
DSX-dən virtualaz.org-a verilən məlumata görə, 2018-ci ilin 19 iyun tarixində Xidmətin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq olunmamış 78 560 ədəd, ümumi çəkisi 1 960 kiloqram xaş-xaş kolunun yabanı halda bitməsi müəyyən edilib.
Qeyd olunan xaş-xaş kolları yerli icra nümayəndəliyi, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib
Paylaş: