Xəbər lenti
Dünən, 19:25

 

Bu gün hörmətli ağsaqqalımız İlyas İsmayılovun oğlu mərhum Etimad bəyin 40 mərasimidir. Düz, 40 gün əvvəl namərd gülləsinə tuş gələn Etimad bəy 49 yaşında dünyasını vaxtsız dəyişdi.

Bilmirəm, təsadüfdəndirmi, yoxsa nəcib insan kimi tanıdığım hüquqşünas Sərdar Əliyevin incə düşüncəsinin nəticəsindəndirmi, e-mail ünvanımı açanda gözümə bu gün göndərilmiş bir məktub sataşdı. Məktub müəllifi hüquqşünas Sərdar Əlizadənin redaksiyamıza göndərdiyi şeir də dünyasını vaxtsız dəyişənlərə həsr olunmuşdu.

Biz də həmin şeiri dünyadan nakam köçən Etimad İsmayılovun əziz ruhuna ehtiram əlaməti olaraq, Ovqat.com oxucularına təqdim edirik:

 

Dünyasını vaxtsız dəyişən insanların xatirəsinə

 

Bu həyatı yaşadım

Sənin adın, sözünlə.

Tanrım, çox darıxıram

Apar məni özünlə.

 

Biraz rahatlıq tapım,

Atım kədəri, qəmi.

Göstər mənə, nə olar,

Cənnəti, cəhənnəmi.

 

Qoy eşidim səmanın

Haqqa ucalan səsin.

Lap yaxından seyr edim

Ədalət ilahəsin.

 

Qara daşlar asılıb

Yerində ürəklərin

Anlat, mənə sevgisin

Göydəki mələklərin.

 

 Haqq yolundan dönən çox,

Tökülür nahaq qanlar.

Dəyişir, şeytanlaşır

Yaratdığın insanlar.

 

Tanrım, al apar məni

Çıxmayacam sözündən.

Qurtulum birdəfəlik

Bu dünyanın üzündən.

 

Hüquqşünas Sərdar Əliyev




Ana səhifəyə qayıt        Baxış: 1 330          Tarix: 30-10-2018, 01:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma