Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlə yetirilməsi ilə bağlı araşdırmalar başa çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, E.İsmayılovu öldürməkdə şübhəli bilinən Gözəl Dəmirov və sürücüsü hakim qarşısına çıxarılıb.
Həmin şəxslər “Qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, qətl hadisəsi İsmayılovun Floryadakı ofisində baş verib. G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Dəmirov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub.
Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.
Paylaş: