Xəbər lenti

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.

Türkiyədə bizneslə məşğul olan iş adamı E. İsmayılovun nəşini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.

Cənazəni mərhumun atası İlyas İsmayılov və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb. E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. Mərhum iş adamı sabah dəfn olunacaq/”Qafqazinfo”

 




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 21-09-2018, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma