Xəbər lenti

 

Ovqat.com xəbər verir ki, Azvision.az erməni mətbuatına istinadən verilən məlumata görə, onlar Qarabağdakı separatçı qurumun nümayəndəsi Aşot Qulyanla görüş keçiriblər. Görüşdə separatçılarla münasibətlərin "genişləndirilməsi" imkanları barədə fikir mübadiləsi aparılıb.
Avropada homoseksual olması ilə ad çıxaran Jan-Jak Flaonun Azərbaycan torpaqlarına qanunsuz səfərinə dair erməni mətbuatında yer alan məlumatlar “Avropdan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. 

İstər erməni lobbisinin nünayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur. 
Karampetyanın qondarma separatçı rejimin təbliği üçün Avropa siyasətçilərini, daha doğrusu sağlam düşüncəli Avropalı siyasətçiləri, bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. 

Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparıb, indi isə o, homoseksual evlilik qurmuş ilk Belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı “nüfuzlu” Avropa siyasətçisi var? 
Karampetyan kimilərinin əlacsız səyləri, əslində dövlətlərin “biz, Dağlıq Qarabağ Respublikası adlı qurumu tanımırıq” kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərair yaradır. Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur. 




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 31-10-2018, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma