Xəbər lenti
Bu gün, 19:25

 

Öz millətinə qənim kəsilən diktatorların ölərkən nə düşündükləri həmişə maraq doğurub. Maraqlıdır ki, onların böyük əksəriyyəti edam kötüyünə aparılanda belə səhvlərini etiraf etməyib, özlərinə haqq qazandırıblar. Hətta 7 milyonluq Kambuçiya xalqının 1.4 milyonunun qətliamında günahlandırılan Pol Pot ölümündən əvvəl verdiyi son müsahibəsində əməllərindən vicdan  əzabı çəkmədiyini açıq şəkildə boynuna almış, bu işləri təkbaşına həyata keçirmədiyi arqumentilə özünü müdafiə etmişdi.

Bəzi diktatorların ölümlərindən öncə söylədikləri son sözlər isə belə olub:

  

Liviya – Muəmmər Qəddafi: “Mən sizin atanızam, övladlarım, məni öldürməyin, haramdır!”

 

İtaliya - Benito Mussolini: “Məni sinəmdən vurun!”

 

İraq - Səddam Hüseyn: “Həmrəy olun və İrana etibar etməyin!”

 

 Almaniya - Adolf Hitler: “Mənim cəsətimi heç vaxt ruslara verməyin, onlar mənə Moskvada heykəl qoyarlar”.

 

 Rumıniya - Nikola Çavuşesku: “Rumıniya əbədi yaşayacaq!”

 

Kamboçiya - Pol Pot: “Mən bunları tək etmədim”.




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 31-12-2018, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma