Xəbər lenti
 
Bir neçə gün əvvəl bir qrup Mingəçevir şəhər sakini Kür çayının zəbt olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.
Müraciət müəllifləri çayın sahilində deyil, çayın içərisində qanunsuz olaraq tikinti işlərinin aparılmasından narahat olduqlarını bildirmişdilər. Həmin vaxt fotolar da müraciətə əlavə olunmuşdu.
Bu gün sözügedən ərazidə aparılan tikinti işlərinin yeni görüntüləri yayılıb. Bəlli olur ki, tikinti nəinki dayandırılıb, iş daha da sürətlənib. Əgər bir neçə gün əvvəl tikinti işi çayın içərisinə doğru bir neçə metr uzanırdısa, bu gün yayılan fotolardan görünür ki, artıq bu işlər çayın ortasına qədər çatır. 
Qeyd edək ki, sözügedən restoran tikintisi Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirlən hissəsində aparılır və həmin ərazinin "Sədərk Yusif” adı ilə tanınan iş adamı Yusif Qədimbəyliyə məxsus olan "DEKA” şirkətinə satıb.
8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi bu tikintinin qarşısının alınması üçün müdaxilə etsə də, buna nail ola bilməyib. Hətta qanunsuz tikintinin dayandırılması üçün verilən "Məcburi göstəriş” yerinə yetirilməyib.
Təqdim etdiyimiz fotoları Azbelediyye.az saytı yayıb.




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 8-08-2019, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma