Xəbər lenti

 

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden xarici siyasətinin əsas prioritetinin Ukrayna olacağını deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq münasibətlər üzrə Şuranın saytında məlumat bildirilib.

Co Bayden Ukraynanın təhlükəsizliyinin təmin olunmasından ötrü rəsmi Kiyevə hərbiləşdirilmiş yardımın göstərilməsinin vacib olduğunu vurğulayıb.

Bundan başqa, keçmiş vitse-prezident Ukrayna hərbçilərini ABŞ-da təhsil və təlim verilməsi ilə bağlı kampaniyanın genişləndiriləcəyini vəd edib.

2020-ci il prezident seçkilərində Demokrat partiyasının əsas namizədlərindən sayılan C.Bayden Ukraynanın Rusiya qazından asılılığından qurtaracağını və “Şimal axını-2” layihəsinin sonlandırılmasına nail olacağını deyib.

Lakin bununla bərabər demokrat siyasətçi Ukrayna tərəfinin anti-korrupsiya islahatlarını effektiv şəkildə həyata keçirməsinin əsas şərt olduğunu söyləyib.

Qeyd olunur ki, Cozef Baydenin Ukrayna mövzusuna maraq göstərməsi təsadüf sayılmır.

Ukrayna baş prokuroru Yuri Lutsenko onun oğlu Hanterlə bağlı təhqiqata başladıqlarını açıqlayıb. Y. Lutsenko Hanter Baydenin keçmiş Ətraf mühit və təbii ehtiyatlar naziri Nikolay Zloçevskiyə məxsus şirkət vasitəsilə çirkli pulların yuyulması məsələində adının keçdiyini bidlirib. Onun sözlərinə görə, N. Zloçevskinin şirkətinə aid ödəniş sənədələrində Hanter Baydenin adına köçürülən milyonlarla dollara rast gəlinib. Oğul Bayden özü həmin şirkətin idarə heyətinin üzvü sayılır.

Həmin məlumat bu cür fürsətləri buraxmaq istəməyən Tramp administrasiyasının diqqətini çəkib. ABŞ prezidentinin vəkili Rudolf Culiani problemi araşdırmaq məqsədilə Kiyevə yola düşəcəyini bildirib.

R.Culianinin fikrincə, məhz Cozef Bayden vaxtilə oğlunun yer aldığı şirkətin fəaliyyətini araşdıran ukraynalı prokuroru işdən qovdurmağa məcbur edib.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 545          Tarix: 14-08-2019, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma