Xəbər lenti

 

Analizləri həkim təyin edir, çox az xəstə var ki,buna etiraz edir və ya səbəbini tələb edir. Əgər həkim lazım bilibsə, deməli verilməlidir. Statistika göstərir ki, hər il pasiyentlər müalicə və profilaktikadan çox analizlərə pul xərcləyir. 
Lakin tibbi təcrübədə hətta həkimlərin də razılaşdığı bəzi məqamlar var: məsələn elə analizlər var ki, onlara vaxt və pul sərf etməyə dəyməz.
Medicina.az bu analizləri rusiyalı həkim terapevt İrina Ufimçevanın izahında təqdim edir:
 
  • Leptin analizi
Enerji mübadiləsinə cavabdeh olan bu hormon bəzi insanlarda çox aşağı düşür. O, azalanda insan aclığı, iştahı tənzimləyə bilmir, çox yeyir, piylənir. 
Əgər belə anamnez varsa, məlum məsələdir ki, leptin aşağı düşüb, bunu təcrübəli endokrinoloq dərhal bilir, ona görə elə uyğun dərman təyin etməklə kifayətlənmək olar. 
  • Kortizol – stress analizi
Bu analizi çox zaman hamiləliyi alınmayan və ya süni mayalanmaya hazırlaşan qadınlara təyin edirlər. Qandan alınan analizin bəzən nəticələri düzgün olmaya bilər. Məsələn, xəstə evdən çıxanda əsəbiləşibsə, analizdən öncə həyəcanlıdırsa və ya axşam yaxşı yatmayıbsa, onun qanında kortizol yüksək çıxacaq, günün sonunda isə düşə bilər.
 
Alınan qan bir neçə dəqiqə artıq kənarda qalarsa, artıq biomaterial yararsızdır. Ona görə bu analiz sizə təyin edilsə də razılaşmaya bilərsiz. Ən yaxşı cavab sidiyin sutkalıq yığılıb analizə təqdim etməkdir, buna isə çoxu tənbəllik edir.
  • -Epşteyn – Bar və sitomeqalovirus antitelinin analizi
İnfeksionistlər tez-tez bu analizi təyin edir. Xüsusən uşaqlarda, hamilələrdə bu viruslar çox axtarılır. Amma 90% uşaq da, böyük də hər iki virusu daşıyır və antiteli ola bilər. Antitelin təyini analizi həkimə müalicə üçün heç bir səbəb vermir. Çünki analiz 90% hallarda antitelin olmasını deyəcək. Bu analizlərə də baxıb dərhal xəstəyə immun dərmanları yazanlar da olur.
 
 Bəzii bəzi həkimlər əsassız yerə düşünür ki, əgər qanda antitel yüksək çıxırsa, deməli immunitet zəifdir. Hesab edirəm ki, bu düzgün deyil və xəstəyə immunmodulyatorların təyini hətta təhlükəlidir.
  • Helikoibakteri pylori antiteli
Bu bakteriyanın qanda analizi düzgün deyil. Əgər şikayətlərə əsasən xəstənin mədəsində bu bakteriyaya şübhə varsa, ya qastroskopiya edilib şirədən nümunə götürülməlidir, ya da C 13 nəfəs testi edilməlidir. 
Həkimlər asan və ucuz yola qaçıb, xəstəni əlavə analizə yönəldir, bu isə informativ deyil. Əgər qanda helikobakteri antiteli göstəricisi ən yüksək həddə çıxsa da, bu o demək deyil ki, hazırda o bu virusla xəstədir. 
Qan onu göstərir ki, insan nə vaxtsa bu bakteriyaya tutulub, xəstələnib, sağalıb və antitel yaranıb. Kompetent həkim bu analizi təyin etməz, cavabına da baxıb müalicə yazmaz. Bir qan analizi ilə xəstəyə diaqnoz qoyub, ağır antibakterial müalicə yazmaq isə azı cinayətdir.
  • CA125 onkomarkeri analizi
İndi onkomarker analizlərini hər həkim təyin etməyə həvəslidir. Qadınlara çox təyin olunan bu analizdə marker yüksək çıxan kimi həkim həyəcan təbili çalır, xəstəni də qorxudur. Əslində isə bu marker 100% yumurtalıq xərçənginin olduğunu demir. Hətta sümük, qaraciyər, ginekoloji iltihab infeksiyalarda da yüksək çıxa bilər. Xərçəng diaqnozu biopsiya ilə təyin olunur və buna da ginekoloq onkoloq qərar verir. 
 
 
  • Tireotrop təyini analizi
Əgər həkim tireotoksikozdan şübhələnirsə, o zaman TTH analizi təyin edir, eləcə də antiteli yoxladır. Əgər diaqnoz təsdiqlənsə, antitel analizinə ehtiyac yoxdur. Praktikada təəssüf ki, həkimlər antitel analizini, özü də hər 3 aydan bir müalicə gedişatında təyin edir.
 
  • İnsulin və C-peptid analizi
Şəkərli diabet xəstələri bu analizlərlə yaxşı tanışdır. Bu analizləri cəmi 1 dəfə vermək kifayətdir, ildə 1-2 dəfə təkrarlamağa ehtiyac yoxdur. Bİr dəfə diabet təsdiqlənir, müalicə təyin edilir, xəstə də bilir ki, şəkərdir. Sonradan bu analizlər xəstəliyin gedişatını, ya fərqli nəyisə göstərməyəcək
 
  • -Beta – Cross laps və osteokalsiy analizi
Sümük əriməsi, osteoporoz diaqnozu üçün, xüsusən menopauza dövründə təyin edilir. Amma bu analiz dəqiq osteoporozu göstərmir. Qanda yüksək çıxması digər sümük xəstəliklərində də olur.
 
Osteoporoz üçün ümumiyyətlə rentgen, analizlərə pul xərcləməyə dəyməz. Ən düzgün metod densitometriyadır. Bir dəfə keçirsiz, məsələ həll olur. 
 
 



Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 4-09-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma