Xəbər lenti

 

GünazTV: Səudiyyə Ərəbistanının Yəmən savaşında başçılıq ediyi Ərəb Koalisiyasının sözçüsü Torki əl-Maliki sentyabrın 16-da Ər-Riyadda jurnalistlərlə görüşündə bu ölkənin dövlət neft şirkəti olan Aramco təsisatlarına edilən hava hücumunda istifadə edilən silahlardan danışıb.

O deyib ki, Səudiyyə Ərəbistanının ən böyük neft təsisatına qarşı edilən hücumda işlədilən silahları İran təmin edib: “Aparılan ilkin araşdırmaların nəicələri gösərir ki, nef təsisatına qarşı həyata keçirilən iki hücumda işlənən silahlar İrana məxsusdur. Həm də bütün nişanələr onu göstərir ki, hücumlar Yəmən ərazishindən gerçəkləşdirilməyib. Elə buna görə də, hücumların hansı ölkənin ərazisindən həyata keçirildiyini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.

Bu terrorçu hücumlar təkcə Səudiyyə Ərəbistanının deyil, həm də dünyanın enerji təhlükəsizliyini təhlükə altına salıb. Məhz buna görə də hücumların mənşəyi barədə aparılan araşdırmaların yekun nəticələri tezliklə elan ediləcək” –deyə Ərəb Koalisiyasının sözçüsü Torki əl-Maliki əlavə edib.

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib.

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya al-Misarah  telekanalına açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürüb. O bildirib ki, onlar Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həmin hücumda 10 drondan istifadə ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 17-09-2019, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma