“Funksiyasız qurumları, sosial siyasəti və köhnəlmiş sazişlərlə idarə olunması səbəbindən Avropa Birliyinin (AB) "varoluş təhlükəsi" yaşayır.
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın məşhur milyarderi Corc Soros deyib.
Macar əslli amerikalı investor Brüssel İqtisadiyyat Forumundakı çıxışında AB-ni bu təhlükədən yalnız yenidənqurma tədbirləri qurtara biləcəyini bildirib.
Soros AB-nin xalq arasındakı azalan nüfuzunu yerindən bərpa etmək üçün öz məsləhətlərini də əsirgəməyib:
"Bunun üçün keçmişdə hansı səhvlərə yol verildiyini və bu vəziyyətin necə düzəldilə biləcəyini düzgün qiymətləndirmək lazımdır."
Soros, AB-nin yaşadığı varoluş təhlükəsinin əsas səbəbini artan Avropa əleyhdarlığı və rəqib güclər olduğunu iddia edərək deyib: "AB, xaricədən Putin Rusiyası, Ərdoğan Türkiyəsi, Sisi Misiri və Trampın yaratmaq istədiyi amma bacarmadığı Amerikası kimi rəqib güclərlə mühasirəyə alınmış vəziyyətdədir”.
Paylaş: