Xəbər lenti

 

Fövqəladə Hallar Nazirliyi İTV-nin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 00:51

Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.

Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 28-09-2019, 06:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma