Xəbər lenti

 

Ermənistan ordusunun zabitləri palamentdə 2016-cı ilin aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyətindən narazıdır və etiraz olaraq bir çoxları ordunu tərk etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazır.

Bildirilir ki, həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların, zabitlərin istintaq komissiyasına ifadə verməyə çağırılması Ermənistanın hərbi dairələrində çox ciddi narazılıq yaradıb.

Adının açıqlanmasını istəməyən zabit bu haqda deyib: “Əgər hakimiyyət tərəfindən, Nikol Paşinyan tərəfindən hər zabit şübhə altındadırsa o zaman ümumiyyətlə bizə sərhədi qorumağı niyə tapşırıblar? Bizim üçün belə yanaşma təhqiredicidir. Biz hüquqşünasla məsləhətləşirik və əgər məlum olsa ki, komissiyada iştirakımız mütləqdir, o zaman dərhal ordudan ayrılmaq barədə raport yazacağıq. Qoy Nikol özünün “addımçılarını” (“Mənim addımım” siyasi alyansı) gətirsin, qoy onlar səngərdə dayansın. İş o yerə çatıb ki, bizlərdən hər biri ilə əlaqə yaradıb özlərinə lazım olan ifadə almaq istəyirlər, bəs Yuri Xaçaturov (keçmiş Baş qərargah rəisi) nəyisə düz etməyib, Ohanyan nəsə düz əmr verməyib və s. Nəsə “çıxartmaq” istəyirlər, çalışırlar bizlərdən kimsə nəsə uğursuz ifadə işlətsin və onların əlində “faktlar” olsun”,-zabit deyib.

Məlumata görə hərbçilər istintaq komissiyasına qarşı imza toplamağa hazırlaşırlar.

Xatırladaq ki, 2016-cı ilin aprelində Azərbaycan ordusunun bölmələri Ermənistan ordusunun Qarabağda illərlə möhkəmləndirilmiş müdafiə xəttini iki istiqamətdə darmadağın edib, düşmən ciddi itkilər verib və geri çəkilib. Bu məğlubiyyət Ermənistanda ciddi siyasi-hərbi böhran yaratmışdı.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 2-11-2019, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma