Xəbər lenti
 
Noyabrın 8-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev 61 yaşına qədəm qoyur. 
İş adamı Zaur Əmirov Moderator.az-a göndərdiyi məqalədə DTX rəisi haqqında aşağıdakıları yazıb:
DTX rəisinin ad gününü təbrik münasibətilə yazdığı statusunda iş adamı qeyd edir ki, Əli Nağıyevin həyatda qazandığı bütün uğurları nəyə borclu olduğuna belə aydınlıq gətirir:
“Əli müəllim bu 61 ildə böyük həyat yolu keçib. Bu həyat yoluna nəzər salanda onun qazandığı bütün uğurlarının əsl sirrini anlamaq mümkündür. Zəhmətkeş bir ailədə doğulan Əli müəllim bütün uğurlarını da məhz ailəsindən aldığı yüksək mənəvi keyfiyyətə və zəhmətkeşliyinə borcludur. 
O, 1981-ci ildə qəbul olduğu Azərbaycan Pedaqoji İnstitutuna da əmək kollektivindən yollanmış, ali məktəbi bitirib tanımadığı bir yerdə - Abşeron rayonunun Xırdalan şəhər orta məktəbində müəllim işləyəndə də işgüzarlığı ilə fərqlənmiş, elə bu özəlliyinə görə də o dövrün hakimiyyət orqanları tərəfindən seçilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarına göndərilmişdir. 
1986-cı ildə bu kursu bitirərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işə başlayan Əli Nağıyev başqaları kimi kabinetlərdə gününü keçirməmiş, qısa müddətdən sonra SSRİ-nin dağılma prosesi nəticəsində yaranmış xaos zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmuşdur.
Təhlükəsizlik sistemində qazandığı təcrübəsi ilə ölkəmizin müdafiəsində dayanan Əli müəllim əqli və zəhmətinin vəhdəti nəticəsində peşəkarı olduğu sistemdə ön plana çıxmağı bacarmışdır. 2005-ci ildə Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuş, bir ildən sonra isə bu sistemdə ən yüksək rütbələrdən birinə - general-mayor ali hərbu rütbəsinə layiq görülmüşdür.
Əli Nağıyev MTN sisteminə yol tapan səriştəsiz adamların qəzəbinə uğrayanda belə, öz təmkinini və Heydər Əliyev kursuna sədaqətini pozmamış, Baş Prokurorluqda təyin olunduğu yeni vəzifəsində də özünü doğrultmağı bacarmışdır. 2011-ci ildə təyin olduğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindəki uğurlu fəaliyyəti ölkə rəhbərliyin tərəfindən yüksək qiymətləndirilən Əli Nağıyev cəmi 3 ildən sonra - 2014-cü ildə dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ala bilmişdir.
Əli Nağıyev indi Azərbayvanın təhlükəsizliyini qoruyan ən mühüm dövlət qurumlarından birinə rəhbərlik edir. Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixində ona həvalə etdiyi bu vəzifə Əli Nağıyevin zəhmətkeşliyinə, öz dövləti və dövlət rəhbərliyi qarşısındakı sədaqətinə verilmiş ən böyük qiymətdir.
Mən yüksək mənəvi keyfiyyətləri ilə bu mərtəbəyə yüksəlmiş generalımızı ad günü münasibətilə təbrik edir, ona həyat yolunda daha böyük uğurlar arzulayıram”.



Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 8-11-2019, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma