Ermənistana gəlin “arxivlərimizi açaq” dedik, amma gəlmədilər.
Bunu ABŞ-da Dəyanət Mərkəzində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ermənistana “ortaq tarix komissiyası quraq, tərkibində üçüncü tərəflər də olsun” dedik. Bu məsələnin həlliylə bağlı bütün xoş niyyətimizi və siyasi iradəmizi ortaya qoyduq. “Arxivləriniz varsa, siz də açın” dedik və biz arxivlərimizi açdıq. Bizim sadəcə Türkiyə Silahlı Qüvvələri arxivində 1 milyon sənədimiz var. “Buyurun, gəlin” dedik, amma gəlmədilər, gələ bilmirlər. Niyə? Çünki çalışmağa başladıqları zamanı axtardıqlarını tapa bilməyəcəklərini özləri də bilirlər. “Buyurun, Harvardın, Fransanın belə bir kiçik arxivi var”, - dedik, amma onu da qəbul etmədilər”, - Ərdoğan bildirib.
O qeyd edib ki, “erməni soyqırımı” məsələsi gündəmə gələndə siyasətçilər yox, tarixçilər önə çıxmalıdırlar:
“Ermənistan onsuz da dünənin dövlətidir. 1991-ci ildə dövlət olublar. Bundan öncə müxtəlif yerlərdə köçəri olaraq dolaşırdılar. Türkiyədə də eyni şəkildə köçəri olaraq yaşarkən, məcburi köç məsələsi gündəmə gəldi, bu addımlar atırdı. Bu gün Türkiyədə 100 minə yaxın erməninin olduğunu bilirsinizmi? Bunun 60 mini vətəndaşımızdır, 40 mini qeyri-qanuni şəkildə ölkəmizdə yaşayır. Biz bu 40 mini ölkəmizdən deport etməmişik. Bunları Ermənistana göndərə bilərdik, amma göndərmədik. Məhz bu, türk millətinin insani keyfiyyətini ortaya qoyur. Bunu görmürlər və görmək istəmirlər. Ermənistan ölkələrimiz arasında 2009-cu ildə imzalanan protokolları ratifikasiya etməkdən qaçdı. Erməni diasporu isə yalan və iftiralarına davam edərək, ölkəmizə qarşı qara piarını davam etdirdi. Bunların işi və pulu çoxdur.
ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərar təəssüf ki, siyasi revanş halına gətirilib. Alınan qərarın tarixi reallıqlarla heç bir əlaqəsi olmadığı aşkardır. Bu qərar bizim nəzərimizdə yox hökmündədir. Bu cür siyasi qərarlarla ölkəmizi basqı altına alacağını düşünənlər tez, ya da gec yanıldıqlarını anlayacaqlar”.\Axar
Paylaş: