Xəbər lenti

“Ermənistan dəqiqəbaşı Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istədiyinə dair bəyanat verir. Həqiqətən belə niyyəti varsa, hər şeydən əvvəl Dağlıq Qarabağdan və işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməlidir. 1 milyon azərbaycanlının doğma yurd-yuvasına qayıtmasına imkan yaratmalıdır. Türkiyəyə yönəlik iddialardan dərhal vaz keçməli, həqiqətləri qeyd-şərtsiz qəbul etməlidir”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım Qarsda təşkil olunan mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, soyqırım məsələsi sadəcə çirkin iddiadan ibarətdir: “Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizə, mədəniyyətimizə xas deyil. Tarixində ayıb, günah sayılacaq alçaqlıqlar olmayan millətlərin başında bizim millətimiz dayanır. Öyünəcəyimiz mədəniyyətimiz var. Millətimizi qaralamaq istəyənlərin çirkin iddialarını heç zaman qəbul etməmişik, etməyəcəyik də. Bunu edənlərin məqsədi öz ləkələrini və ayıblarını türk millətinə yaxmaqdır. Onların bu iddiaları qarşısında söylədiyimiz açıq-aydındır. Tarix tarixçilərin danışmalı olduğu meydandır, tarixdə baş vermiş hadisələri tarixçilər dəyərləndirməlidir. İstəyirlərsə, “hamıya arxivlərimizi açarıq” dedik, istəyirlərlə heyət təşkil edib bizim tarixçilərimiz, mütəxəssislərimizlə birlikdə çalışsınlar”/Teleqraf.com.

 




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 24-10-2018, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma