Xəbər lenti

Məşhur filmin mənfi qəhrəmanı Goygöz Kosa bu gün peyda olsaydı, dövrümüzün gözbağlayıcılarının əməllərinə mat qalardı

ı     Cəmiyyətdə bu gün qarşıdakı parlament seçkilərinə marağın böyük olması düşündürücüdür. 2005-ci ildən sonra heç vaxt seckilərə qatılmayan insanların artıq öz namizədliklərini irəli sürməsi də həmçinin... Baxmayaraq ki, bir qədər əvvəl keçirilən bələdiyyə seçkiləri kifayət qədər qanun pozuntuları ilə yadda qaldı, amma cəmiyyətdə parlament seçkilərinin qismən də olsa şəffaf keçiriləcəyinə inam mövcuddur. Bu inamın isə Prezidentin start verdiyi islahatlar prosesindən qaynaqlandığı şəksizdir. (Hərçənd indiyə qədər bütün seçkiləri saxtalaşdıraraq ölkənin imicinə ciddi ləkə vuran Mübariz Pənahovun MSK sədrliyindən uzaqlaşdırılması bu inamı daha da möhkəmləndirərdi) Ən azından namizədlərin halal səsləri uğrunda qətiyyətlə mübarizə aparacağı şübhə doğurmur. Bəzi namizədlər yaradılan şəraitdən razılıq etsələr də, təəssüf ki, əsasən regionlarda, məsələn Lerik, Şəmkir, Şəki və başqa rayonlarda namizədlərə imza verən seçicilərin öz imzalarından imtina etməyə təhrik edildiyi barədə xəbərlər oxuyuruq. Həmçinin, artıq seçkiöncəsi bəzi namizədlərin qanunları kobud şəkildə pozduğu barədə də siqnallar gəlməkdə davam edir. Kimi vaxtından əvvəl secki təbliğatına start verib, bir basqası seçici səslərini pulla almaq üçün fəaliyyətə keçib.

  Azərbaycan seçicisi artıq 20 il əvvəlki səviyyədə deyil.

Onlar yeni düşüncəyə, yeni siyasi simaya üstünlük verdiklərini gizlətmirlər. Amma onları secki günü fəal iştiraka həvəsləndirmək üçün namizədlərin üzərinə böyük məsuliyyət düşür. İstər müstəqil, istərsə siyasi partiyalardan parlament seçkilərinə qatılanlar seçicini prosesə daha fəal şəkildə cəlb etmək üçün siyasi təşkilat nümayəndələri və təşviqat qrupları vasitəsilə qalan vaxtdan maksimum səmərəli istifadə etməli və təbliğat işllərini gücləndirməli, əhali ilə mümkün qədər daha çox təmaslar qurmalıdırlar. Bir çox siyasilərin seçki komissiyalarının hakimiyyətin əlində olduğunu, mövcud seçki qanuna dəyişiklik edilmədiyini əsas gətirərək iştirakdan imtina etmələri isə qətiyyən başadüşülən deyil

Baykotla heç nəyə nail olmaq mümkün deyil.

Əksinə fəal iştirak edib hər bir səs uğrunda mübarizə aparmaq lazımdır. Çünki siyasi mübarizə aparan hər partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Sadəcə müxailfətçilik naminə fəaliyyət göstərib partiya sədri postunu uzun illər zəbt etmək və gənclərin yolunu kəsməklə, o cümlədən populist çıxışlarla məqsədə çatmaq olmaz. Hər bir siyasi partiya ölkəmizin demokratikləşməsinə öz töhfəsini verməlidir. Ruhdan düşmək olmaz və sonadək mübarizə aparıb uğur qazanmaq lazımdır. Yalnız bu yolla layiq olmayanların, "səs" oğrularının qarşısını almaq olar.

 Deyirlər siyasətdə ən böyük biclik düzlükdür.

Mübarizəni vicdanla aparıb uduzduğu halda rəqibini təbrik etmək mədəniyyətinin bizdə formalaşmaması da secki prosesi üzərinə indidən kölgə salır desək, yanılmarıq. Bunun qarşısını almaq üçün seckilərdə "karusel əməlliyatı", balaqları altında topa-topa bülleteni yeşiyə salmaq cəhdləri üzrə "ixtisaslaşmış" Əfruzlar, təhsil işçiləri, MİS əməkdaşları komissiyalardan məhz namizədlərin ümumi tələbləri sayəsində uzaqlaşdırılmalı, secki prosesinə kobud müdaxilə edən icra başçılarına ciddi xəbərdarlıq edilməli, vicdanlı könüllü gənclər, Asan Xdmətdə çalışan əməkdaşlar seçki prosesinə cəlb edilməlidir. Başqa sözlə desək, ölkədə şəffav seçki prosesi formalaşdırmalı, itmiş inam geri qaytarılmalıdır. 

  Nazilə Nəriman 




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 10-01-2020, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma