SEPAH tərəfindən vurulan təyyarə faciəsinin günahkarı həm də Amerikadır.
Ovqat.com xəbər verir ki, bu iddianı Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin irəli sürüb.
Şvitkinin fikrincə, Amerikanın təxribatçı hərəkətləri də təyyarənin vurulmasında mühüm rol oynayıb və İran qədər ABŞ da qınanmalıdır.
O, həmçinin bildirib ki, təyyarənin vurulmasında İran hökumətini günahlandırmaq da yanlışdır: “Çünki bu səhv İran hökuməti tərəfindən deyil, ordusu tərəfindən törədilib”.
Qeyd edək ki, dünən İran İslam İnqilabı Keşikçiləri korpusunun Hava Kosmik Qüvvələr bölümünün rəhbəri general Əmir Əli Hacızadə təyyarənin vurulmasının bütün məsuliyyətini öz üzərinə götürmüş, yanlışlıqla vurduqları obyektin sərnişin təyyarəsi olduğunu eşidəndə ölüb yerə girdiyini və qanun qarşısında boynunun qıldan incə olduğunu söyləmişdi. İran prezidenti Həsən Ruhani isə günahkarların mütləq cəzalanacağına söz vermişdi.
Paylaş: