Xəbər lenti

 

 İran Milli Məclisi xarici ölkələrə edilən səfərlərlə bağlı yeni qanun qəbul edib.

 

Qanuna əsasən, ölkədən çıxan hər bir şəxs buna görə vergi ödəməli olacaq.

 

Hələlik ödənilən məbləğin həcmi tam dəqiqliyi ilə açıqlanmasa da, bu verginin hazırda ödənilən “çıxış pulu” ilə fərqli anlayış olduğu bildirilir. Belə ki, artıq xaricə gedən ölkə vətəndaşları hər iki məbləği ödəməli olacaqlar.

 

Deputatların sözlərinə görə, tələbələr, diplomatlar, xəstələr, xaricdə işləyən vətəndaşlar və İraqa dini ziyarətə gedənlər yeni vergidən azad olacaqlar.

 

İranın 1399-cu il (21 mart 2020- 21 mart 2021 red.) büdcə layihəsində il ərzində ilk dəfə xaricə gedənlərin 264 min tümən “çıxış pulu” ödəmələri nəzərdə tutulur. 2-ci səfərdə məbləğ 396 min, 3-cüdə isə 528 min tümənə qədər yüksələcək. Yeni vergini də "çıxış pulu"nun üzərinə gəldikdə, demək olar ki, onsuzda ağır iqtisadi vəziyyətdə yaşayan İran vətəndaşlarının xaricə səfər etmələri daha da çətinləşəcək. \\Gün.az




Ana səhifəyə qayıt        Baxış: 308          Tarix: 21-01-2020, 23:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent