"Türk heyəti bazar ertəsi günü Rusiyaya gedəcək. İdlibdəki vəziyyəti Rusiya ilə diplomatik yolla həll etmək istəyirik. Ancaq diplomatik yol alınmasa, gərəkli addımlar atılacaq".
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın Münhen şəhərində keçirdiyi mətbuat konfransında söyləyib.
56-cı Münhen Təhlükəsizlik Konfransına qatılan Çavuşoğlu almaniyalı həmkarı Heyko Masslar ikitərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında tərəf-müqabiliylə İdlib mövzusunu müzakirə etdiklərini bildirib: “Suriya rejimi İdlibdə siyasi həll əvəzinə hərbi yolunu tutur inanır. Məhz bu səbəbdən də son vaxtlar təcavüzkarlığını artırıb. Problemin hərbi yolla həll olmayacağını hamımız bilirik. Bu hücumları dayandırmağa çalışırıq. Nümayəndə heyətimiz bazar ertəsi Moskvaya gedəcək. Rusiya nümayəndə heyəti bundan əvvəl iki dəfə Ankarada idi. Lavrovla günortadan sonra da görüşəcəyik. Burada Rusiyanın rolu çox vacibdir. Çünki hamımız Rusiyanın rejimə təsirini bilirik və o, rejimim qarantorudur”.
Paylaş: