Xəbər lenti

  

İranın bir çox əyalətlərində koronavirus epidemiyasının yayılması faktı qeydə alınıb. Aralarında İraq, Əfqanıstan, Küveyt və s. ölkələrin də bulunduğu bir sıra dövlətlər İranla bütün gediş-gəlişləri kəsib. Hər kəsi virusa yoluxma ehtimalı narahat edir.

Təhlükə qapımızda: İranda koronavirus epidemiyası - Dəhşətli video-görüntülər

Ovqat.com xəbər verir ki,Naxçıvan Muxtar Respublikası isə özünü bu təhlükədən sığortalanmış hiss edir.

Muxtar Respublikanın tibb yetkililərinin rəsmi açıqlamalarından belə çıxır.

Naxçıvan  şəhər GEM-in baş həkimi Zeynəb Mustafayevanın bu gün NUHÇIXAN-a verdiyi açıqlamada da bu arxayınlıq hiss olunur.

"Naxçıvanda koronovirusa yoluxma  ehtimalı  minimum  həddədir. Bütün növ yoluxucu xəstəliklərə  qarşı  lazımi profilaktik  tədbirlər  həyata keçirilir. Hava limanında, gömrük keçid məntəqələrində  nəzarət tədbirləri  daha da gücləndirilib. Koronovirusa muxtar respublika  ərazisində  hər hansı bir yoluxma faktı yoxdur",-Zeynəb Mustafayeva məlum açıqlamasında belə deyib.

NUHÇIXAN-ın verdiyi məlumata görə, bu gün bir sıra sosial şəbəkə hesablarında guya Naxçıvanda  koronovirusa yoluxma faktı  olması barədə əsassız informasiyaların yayıldığı müşahidə olunub. Görünür, Zeynəb xanım da insanları “əsassız təşviş”dən xilas etmək üçün bu açıqlamanı verib.




Ana səhifəyə qayıt        Baxış: 888          Tarix: 23-02-2020, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma