Xəbər lenti

  

Çində ortaya çıxıb dünyanı qasıb-qovuran koronavirusu artıq cənub qonşumuz İranda da can almağa başlayıb.

Ovqat.com xəbər verir ki, rəsmi məlumatlara görə, İranda bu virusdan ölənlərin sayı 5-ə yüksəlib. 750 xəstədən analiz alınıb və onlardan  18-də korona virusu təsbit edilib.

Qeyri-rəsmi qaynaqlar isə ölənlərin və virus daşıyıcılarının qat-qat çox olduğunu iddia edirlər.

 

Virusun yayılma arealı da çox maraqlıdır. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 21-də “Twitter” səhifəsindən paylaşdığı məlumatda virusa yoluxan 18 nəfərin məskunlaşdığı bölgələri belə sıralamışdı: “Bunlardan 7-sinin Qumda, 4-ünün Tehranda, 2-sinin isə Gilan əyalətində virisa yoluxduğu təsdiq edilib”.

 

Göründüyü kimi, İranın əsasən Qum və Tehran şəhərlərində bu virusa yoluxanların sayı daha çoxdur. Qəribədir ki, bu şəhərlərdən biri dini, digəri isə rəsmi paytaxtdır. Bu da istər-istəməz ağıllarda müəyyən suallar yaradır. Belə ki, korona virusunun əsasən Çindən İrana yayıla biləcəyi ehtimalı irəli sürülür. Bu verisiyaya görə, iqtisadi sanksiyalara məruz qalan İranın azsaylı iqtisadi tərəfdaşlarından biri də Çindir. İran Çinə neft satıb, zəruri sənaye malları alır. Korona virusu Çindən dünyaya yayıla bilmə ehtimalı ortaya çıxanda bir çox dövlətlər bu ölkə ilə ticari münasibətləri məhdudlaşdırmağa başladı. İran isə iqtisadi nəfəslik kimi baxdığı Çinlə iqtisadi əlaqələrini davam etdirir. Korona virusunun da məhz bu yolla İrana yayılma ehtimalı istisna olunmurdu.

Qum (Xəstə halsızlıqdan zarıyır)


Fəqət İranda bu virusun əsasən Qumda yayılması bu versiyanı şübhə altına alır. Çünki Qum sənaye bölgəsi kimi yox, dini-elmi mərkəz kimi tanınır. İranın teokratik dövlət sisteminə malik olduğunu nəzərə alsaq, Qum həm də bu ölkənin "dərin dövləti" deməkdir. Odur ki, sual ortaya çıxır: Korona virusu niyə İranın sənaye bölgələrində yox, dərin dövlətinin “baş qərargahı”nda yayılır?

Zənnimizcə, bu sualdan doğan mülahizələr korona virusunun bioloji silah olması barədə irəli sürülən ehtimalı gücləndirir.

Babol şəhəri (Tibb bacısı üzərrik yandırmaqla Karona virusu ilə mübarizə aparır. İranda əsl Azərbaycansayağı “Allaha təvəkkül” səhiyyə görüntüsü)


 

 

Digər tərəfdən, bu virusun ABŞ-a düşmən ölkələrdə daha çox can alması xeyli düşündürücüdür. Sirr deyil ki, Çin ABŞ-ın iqtisadi düşməni, İran isə Yaxın Şərqdə onun əl-ayağına dolaşan əsas əngəllərdən biridir.

Qum


 

Digər tərəfdən, korona virusunun bəzi özəlliyi var ki, onu digər həmcinslərindən fərqləndirir. Başqa qrip virusları əsasən azyaşlı uşaqlara ölümcül zərbə vurursa, korona virusunun daha çox qocalara qənim kəsildiyi bildirilir. Görünür, bu da hədəfə alınan ölkələrdəki siyasi rejimləri çökdürmək üçün nəzərdə tutulub. Zira istər İranda, istərsə də Çində siyasi hakimiyyətlər daha qalıcı olduqlarından idarəçilərin də böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Xüsusilə İranda 40 ildən çoxdur ki, teokratik idarəetmə orqanlarının 60%-i hələ də öz postlarını qoruyurlar. Onların böyük əksəriyyəti isə Qumda yaşayır. Korona virusunun əgər həqiqətən də bioloji silah olduğu öz təsdiqini taparsa, belə çıxır ki, ABŞ iqtisadi sanksiyalarla çökdürə bilmədiyi Çinin və İranın yaşlı nəslini bioloji silahlarla yox edib rejim dəyişikliklərinə getmək istəyir.

Tehran


Sözsüz ki, bu mülahizələrin etibarlılıq qazanması üçün elmi cəhətdən təsdiqə ehtiyacları var. Bununla belə, mənşəyi nə olursa olsun, korona virusunun gəlib qapımıza dayanıb və “BBC Farsi”nin verdiyi məlumata görə, İrandakı korona virusunun qonşu ölkələrə sıçrama təhlükəsi var. Bu məlumatdan sonra bir sıra dövlətlər İranla gediş-gəlişlərini məhdudlaşdırıblar. Hətta İranın arxa bağçasına çevrilən İraq belə bütün quru sərhədlərini bağlayıb. Bununla da kifayətləməyib, İraqın Nəqliyyat Nazirliyi İrana bütün təyyarə reyslərinin dayandırıldığını bildirib. Küveyt və Əfqanıstan da eyni addımları atıblar.

Qum


Azərbaycan da İranla qonşu ölkədir. İranın İraqla 2, bizimlə isə 4 sərhəd qapısı var. Dolayısıyla  bizin koronavirusa yaxalanmaq təhlükəmiz iraqlılardan 2 dəfə çoxdur. Üstəlik, İranda korona virusunun qeydə alındığı Gilan vilayəti isə Azərbaycanın Astara sərhəd qapısı arasındakı məsafə cəmi 180 km-dir. Korona virusunun böyük sürətlə Çindən bütün dünyaya yayıldığını nəzərə alsaq, 180 km-lik məsafə burnumuzun dibi qədər yaxındır. Deməli, bizim müvafiq dairələr də bəzi təxirəsalmaz tədbirlər görməlidir.

Ərdəbil (Azərbaycan ilə sərhəd əyalət)


Avtobusları dezinfeksiya edirlər


İnsafən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu təhlükənin fərqindədir. Komitənin sədri Mübariz Qurbanlı “APA” agentliyinə açıqlamasında Azərbaycandakı bütün turist şirkətlərinə müraciət edərək, İranın dini şəhərlərinə səfərlərin müvəqqəti olaraq dayandırılmasını tələb edib. Fəqət vətəndaşlarımız İrana yalnız turizm şirkətlərilə getmirlər. Bir çox hallarda ölkəmizin səhiyyə sisteminin bərbad vəziyyətdə olması əhalimizin İrana axışmasına yol açır. Səhiyyə naziri Oqtay Şirəliyev isə hələ də “Allaha təvəkkül” qəflətindən oyana bilməyib.

Biz avqustun 12-də 70 yaşını qeyd edəcək Oqtay müəllimə bir daha xatırlatmaq istəyirik ki, korona virusu əsasən yaşlı insanlar, o cümlədən 70 yaşlılar üçün daha ciddi təhlükədir və kasıb-varlı, nazir-fəhlə fərqi bilmir. Əgər belə olsaydı, bu virus İranın dini-siyasi mərkəzi Qumda daha çox yayılmazdı.

Qum




Ana səhifəyə qayıt        Baxış: 2 428          Tarix: 22-02-2020, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma