Xəbər lenti

“REAL” partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

O bildirib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb:

“Söhbət etdik, hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 29-02-2020, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma