Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov özünün 1 aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.
Bu barədə Ziyafət Əsgərov özü məlumat verib.
“Cənab Prezidentin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Nəzərə alsaq ki, koronavirusla mübarizə milli təhlükəsizlik, dövlətin təhlükəsizliyi, eyni zamanda, genafondumuzun təhlükəsizliyi məsələsidir, bu məsələnin vacibliyi daha böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, imkanı olan hər bir şəxs bu fonda öz maddi dəstəyini göstərməlidir. Konkret olaraq mən bir aylıq maaşımı bu fonda köçürürəm və deputat həmkarlarımı da buna çağırıram. Koronavirusla mübarizə ilə əlaqədar möhtərəm prezidentimizin bütün tapşırıq və tövsiyələri danışıqsız yerinə yetirilməlidir. Allah xalqımızı və dövlətimizi qorusun!”, – deyə Ziyafət Əsgərov bildirib.\\Azərbaycan24
Paylaş: