
Xəbər lenti
Dünən, 22:22
Dünən, 15:41
Dünən, 14:42
Dünən, 14:23
Dünən, 12:20
Dünən, 10:11
7-08-2025, 23:55
7-08-2025, 21:18
7-08-2025, 21:00
7-08-2025, 19:27
7-08-2025, 18:50
7-08-2025, 17:00

Strateq.az
COVID-19 dünyanın alışdığı nizamı bütün mənalarda alt-üst edib. Təkcə siyasi-iqtisadi müstəvidə deyil, gündəlik həyat qaydaları, davranış tərzləri, adətlər də yeni şəraitə uyğunlaşdırılır. İndi koronavirusla bağlı hər şey gündəm mövzusudur. O cümlədən virusa yoluxmadan vəfat etmiş şəxslərin dəfni.
Ümumən bütün dövlətlərin epidemiya və pandemiya hallarında dəfnlə əlaqədar öz qaydaları var. Lakin mülki səhiyyə strukturlarının tələbləri bir çox hallarda fərqli dini hökmlərin icrası ilə uzlaşdırılıb.
Bir neçə nümunə:

Ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi, Çin Mülki İdarəetmə Nazirliyi və Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin əmrlərinə əsasən, virusa yoluxmuş xəstələrin qalıqları müxtəlif ərazilər arasında daşınmamalı və bir yerdən digər yerə köçürülərək basdırılmamalıdır.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə İtaliyada ölənlərin krematoriyalarda yandırılmasına dair görüntülər insanların gözünü daha çox qorxudub. Amma xristian dininin hakim olduğu Apennin yarımadasındakı bələdiyyələri bu addıma məcbur edən yalnız ölənlərin say çoxluğu deyil, bu həm də karantin rejimindən irəli gəlir.
Prosesdə təkcə katolik ruhani və Dəfn Bürosunun təmsilçisi iştirak edir.

Dəfnin videoya çəkilməsi həm də mərhumun dostları və qohumlarının dəfn prosesini görə bilməsi üçündür.
İngiltərədə də mərasimi yalnız uzaqdan seyr etmək icazəsi verilir.
Rusiyada Federasiyasının Baş Dövlət Sanitariya İdarəsinin 28 iyun 2011-ci il tarixli 84 nömrəli qərarında aydın şəkildə göstərilir ki, cəsədlər patoloji və anatomik şöbədən dərhal sinklənmiş, germetik bağlanmış tabutlarda basdırılmalıdır. Həmçinin, dəfn üçün bundan ötrü

Orta Asiya respublikalarının dini qurumları koronavirusdan ölmüş insanların dəfni ilə bağlı xüsusi fətvalar verib. “Ölüm halında, İslam qanunlarına görə, epidemiyanın dərəcənə baxmaq lazımdır. Əgər bu, mərhumun cəsədi ilə ötürülən bir epidemiyadırsa, cəsədi yuma məsafədən həyata keçirilir, yəni meyitin üzərinə sadəcə vedrə və ya şlanqla isti su tökülür. Ancaq yuma məcburidir. Bu işi görən şəxslərin maska və rezin əlcək geyməsi də”, – deyə Qırğızıstan Üləma Şurasının üzvü Kadir Malikov “Kaktus media”-ya bildirib.

Fətvada deyilir ki, koronavirusdan ölən insanların dəfn edilməsi yalnız yaxın qohumların iştirakı ilə aparılmalıdır.
“Dəfn mərasimində iştirak edən insanlar tibbi göstərişlərə əməl etməli, o cümlədən maska və əlcəklər taxmalı, karantinə uyğun olaraq mərasimdən sonra dezinfeksiya və şəxsi gigiyena prosedurlarını yerinə yetirməlidirlər”, – deyə fətvada qeyd olunur.
Qazaxıstan informasiya və ictimai inkişaf naziri Dauren Abaev bildirib ki, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi də oxşar fətva verib.

Qəbristanlıqda şəxsi qoruyucu vasitələri olan insanlar cəsədləri çantalardan çıxarır, meyitlər şəriət qaydasına uyğun yuyulur, sidr-kafur vurulur, yenidən dezinfeksiya olunur və kəfənli halda basdırılırlar.

Məcid Tacik əlavə edib ki, dəfn olunmuş şəxsin cəsədindən virusun ötürülməsi ehtimalı yoxdur. Amma qəbrin üstünə betonun ən qısa müddətdə tökülməsi və məzar daşının qoyulması tövsiyə olunur, çünki bəzi qəbirlərdə torpaq yatması mümkündür, buna görə də, məzarın üstünə daş örtük çəkilməsini tezləşdirmək tövsiyə olunur. “Əlbəttə, sinədaşı qoyandan sonra narahat olmağa ehtiyac yoxdur və insanlar mərhumlarının ziyarətinə gedə bilərlər.
“Koronavirusun ölənlərin cəsədləri təhlükə mənbəyi deyil”. Bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü Kristian Lindmayer deyib.
COVID-19-dan ölənlərin cənazəsi ilə məşğul olmaq məcburiyyətində qalan dəfn işçilərinin sağlamlığının qorunması ilə bağlı tövsiyələrin olub-olmadığı barədə suala cavab verən Lindmayer bu xəstəliyə səbəb olan patogenin hava damlaları ilə yayıldığını xatırladıb. “Bu, məsələn, Ebola vəziyyətində olduğu kimi deyil”.
Azərbaycanda COVID-19 hələ ki 5 can alıb. Lakin virusdan ölən şəxslərin harada və necə dəfn edildiyinə aydınlıq gətirilməyib.
Nazirlər Kabineti yanında Operativ Qərargah və Qafqaz Qüsəlmanları idarəsi bu məsələyə ən qısa zamanda işıq salmalıdır. İnsanları təkcə sağlığında deyil, öldükdən sonra da, haqlı olaraq, özlərinə qarşı ləyaqətli münasibətə ümid edirlər.
Heç kim əbədi deyil!
P.S. Məqalədə “Fars” İnformasiya Agentliyinin fotolarından istifadə edilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar