Xəbər lenti
Dünən, 19:25


Elçin Qurbanov,
İqtisadçı ekspert

İnsanlar artıq kütləvi etirazlarını sosial şəbəkələrdə aşkar şəkildə bildirirlər. Mənə görə pandemiya vahiməsinin arxasında çox böyük mətləblər  dayanır: həm maddi, həm də mənəvi. Ölkə rəhbərlərinin iradəsindən aslı olmayan çox şeylər var. Amma onu qeyd etmək lazımdır ki, bəşəriyyət üzərində aparılan eksperiment onun müəllifləri  və sifarişçiləri üçün çox uğurlu oldu. Nəticələr onu deməyə əsas verdi ki, insanlıq tam kölə vəziyyətinə gətirilib. Kölələri daha görünməz barmaqla deyil, görünən barmaqla da yönəltməkdə problem olmayacaq.  
 
Əslində həyat yuxusunu yamanca qarışdırmışıq, deyəsən. Can bazarının abu havası da tezliklə hiss olunur. Bəla odur ki, insanlar çox dərin yuxuya gedib. Bu yuxu getdikcə daha da dərinləşir.  Mənzərə isə başı kəsilən qurbanın qulağına dua oxuyaraq onu ovsunlayıb o dünyaya göndərməyə bənzəyir. 
Bəli, bu pandemiya probleminin fəsadları çox dövlətləri çökdürəcək. Əgər günü sabahdan insanların sərbəst hərəkəti bərpa edilsə belə, iqtisadi sabitliyin əvvəlki fazaya gətirilməsinə uzun zaman lazım olacaq. Çünki iqtisadiyyat yalnız maddi meyarlarla xarakterizə olunmur,  sistem özü çökür. Sistemin sabitliyinə inam və etibar tamamilə aradan qalxır. Heç kəs uzun müddətli kapital qoyuluşları etməyəcək. Debitor və kreditor münasibətləri məhkəmə müstəvilərində belə həll edilməyəcək. 
Bir sözlə, cox ciddi adaptasiya dövrü və mühiti formalaşdırılmalıdır. Dövlətə inam və etibarın azalması korrupsiya və rüşvət üçün daha münbit şərait yaratdığı kimi korrupsiya cinayətləri  yerini, quldurluq, soyğunçuluq və özbaşnalığa verərək cəmiyyətdə xaos yaradacaq . Risklərin yüksək həddi hər kəsi çaşbaş salacaq. İnsanlar bütün ehtiyyatlarını tükətdikdən sonra, dövlətlər ciddi şəkildə borclanmağa məhkum olacaqlar. Xalqın suverenliyi nəzərə alınmadan borclanmış dövlət satın alınmış olacaq. 
 
Beləliklə böyük dalğa və növbəti mexanizm işə düşməlidir. Növbəti mexanizm demoqrafik vəziyyətə müdaxilə təcrübəsini gerçəkləşdirməkdir. Heç bir ölkə başçısı axının əksinə üzə bilməz, çünki dərhal məhv edilər və bütün təxmin olunmuş təzminatlardan məhrum edilər
 
Sizcə, neftin dünya bazarında qiymətinin sabit saxlanılması mümkün deyildimi? Bir Çinin coronavirus oyunu üzündən  istehlak potensialının 20 faiz azalması dünyanı həqiqətənmi  neft böhranına qərq etməliydi? Yəni istehsalı azaltmaq mümkün deyildimi? 
 
Əlbəttə ki, məsələ ümumbəşəri xarakter daşıyır və insanlığın məhkum olduğu bəla qul gerçəkliyi ilə bağlıdır. Varlı və ya yoxsul, iqtidarlı və ya iqtidarsız  qulların hakimiyyəti  qulların demokratiyası, yoxsa qul monarxiyası heç bir fərqi yoxdur. Qul hər zaman alçaq itaətə məhkumdur
Siyasi populizm və akademik mülahizələr effektli olmayacaq. Bir sözlə, problem yaranmayıb ki, onu süni və cılız siyasi təfəkkür həll etsin. Odur ki, istər siyasi, istərsə də iqtisadi gözləntilər insanlar üçün ürəkaçan heç nə vəd etmir
 
Mənim fikrimcə, biz daha ali və incə məsələnin həllinə tezliklə nail olmalıyıq. Bu da ictimai sabitliyin zorla deyil, ümumcəmiyyət maraqları çərçivəsində təmin edilməsidir. Bu gün ən təhlükəli məsələ qanun və gücün ifrat dərəcədə tətbiqidir. Buna yol vermək olmaz. Belə vəziyyətlərdə xırda qığılcım xaos effekti yarada bilər.
 
 Əgər ölkədə saatlı bomba kimi əlverişli vaxtını gözləyən etnik, siyasi və ideoloji cərəyanları da nəzərə alsaq, vəziyyətin təsvir etmək istədiyimdən daha ağır olduğunu anlamaq çətin olmaz. Ona görə də dövlət nəyin bahasına olursa olsun xalqın yanında olmalıdır. Rifahın ciddi böhranla üzləşməsinin qarşısını almalıdır. Çünki çox dövlətlər yaxın gələcəkdə təməli müsibətlərlə qoyulmuş qloballaşmanın qurbanı olacaq - vahid hakimiyyət, vahid lider, vahid pul, vahib dövlət. Amma sonunun çox yaxşı olacağına inanıram.


Ana səhifəyə qayıt        Baxış: 5 934          Tarix: 17-04-2020, 18:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma