Xəbər lenti

 
İranın Salmanşəhr şəhərində polis qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
 
Ovqat.com-un məlumatına görə, hadisə yerinə xilasetmə və araşdırma qüvvələri cəlb edilib.
 
Qəzada iki polis məmuru həyatını itirib.

Yenilənib: 11.41

İran rəsmi dairələrin məlumatına görə, hadisə, aprelin 22-si, yerli vaxtla axşam saat 17:00-da İranın Mazandaran əyalətinin Salmanşəhr məntəqəsində baş verib. “Cessna” tipli məşq təyyarəsi əməliyyat zamanı yağışlı və əlverişsiz hava şəraitində qəzaya uğrayaraq Motel Qu şəhərinin ətraf meşələrindən birinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu və köməkçisi yerindəcə həlak olub.
 
Hadisədən az sonra mediaya açıqlama verən İran hüquq-mühafizə qüvvələrinin sözçüsü Əhməd Nuriyan deyib ki, qəza kəskin və dumanlı hava şəraitində baş verib. O bildirib ki, qəzanın səbəbinin dəqiq araşdırılması üçün hadisə yerinə bir neçə mütəxəssisdən ibarət ekspert qrupu göndərilib.

















Ana səhifəyə qayıt        Baxış: 1 442          Tarix: 23-04-2020, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma