Xəbər lenti


Şimail Koreya lideri Kim Çen Inın bir aydan çox müddətə yoxa çıxması ətrafında müəmma davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cənubi Koreyanın kəşfiyyat orqanları bununla bağlı müxtəlif versiyalar irəli sürüblər.

“Yonhap” agentliyinin informasiyasına əsasən, Kim Çen Inın görünməməsinin əsas səbəbi daxili problemlərin həlli, habelə koronavirusla bağlı yaranan situasiya olub.
“Dövlət Kəşfiyyat Xidməti hesab edir ki, Kim Çen In bu dövr ərzində ölkədə daxili kadr dəyişiklikləri üzərində çalışıb, habelə dövlət-partiya, o cümlədən müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə müxtəlif toplantılar keçirib. Bundan başqa yeni koronavirus infeksiyanın yayılması da Şimali Koreya rəhbərini kütləvi tədbirlərdə görünməməyə vadar edib”, - deyə Cənubi Koreya parlamentinin kəşfiyyat üzrə komitəsinin sədr müavini Kım Ben Gi deputatlara bildirib.

Kəşfiyyat həmçinin Kim Çen Inın bu ilin əvvəlindən etibarən sadəcə 17 dəfə göründüyünü, bunu onun hakimiyyətdə olduğu dövrdə ən aşağı göstərici olduğunu qeyd edib.

Lakin bu KXDR rəhbərinin sağlamlığı ilə bağlı ciddi problemlər yaşadığı anlamına gəlmir.

“Kəşfiyyat xidməti hesab edir ki, ən azından ürəklə bağlı hər hansı cərrahi müdaxilə və ya prosedura həyata keçirilməyib.Ekspertlərin rəyinə görə, əgər Kimin ürəyində problemlər yaransaydı, o zaman xəstəlik ən az 4-5 həftə çəkməli idi. Lakin Şimali Koreya lideri adi rejimdə öz işini davam etdirib”, - deyə parlamentə təqdim olunan sənədə qeyd olunur.

Xatırladaq ki, KXDR rəhbəri Kim Çen In bu iln aprel ayının 12-dən etibarən ictimaiyyət içinə çıxmırdı. O, hətta ölkə tarixində ilk dəfə babası Kim İr Senin 108 illiyinə həsr olunan tədbirlərə də qatılmamışdı. Bütün bu müddət ərzində Çin və Qərb mətbuatı onu “basdırmağa” və hətta yerinə keçəcək namizədin kim olduğunu yazmağa macal tapmışdı.

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 464          Tarix: 6-05-2020, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma